Bu şəxslərə çox su içmək olmaz - DİQQƏT!

 21:25 16.11.2019     1965

Hər bir insan üçün adi suyun 5-7 litr həcmində qəbulu ölümcül dola hesab edilir.

Son zamanlar gündə 2-2,5 litr su içməyin sağlamlığa faydaları barədə çox yazılar, məsləhətlər eşidirik. Redaktor.az medicina.az-a istinadən bildirir ki, bir çoxları buna əməl etməyə çalışaraq, möcüzə gözləyir. Amma elə xəstəlikləri olan insanlar var ki, onlar üçün sutkada 2 litr belə su içmək fatal sonluqla, yəni ağırlaşma və ölümlə nəticələnə bilər.

Bu problemi olanlar su isteriyasına düşməsin.

-Kəskin və xroniki ürək -damar xəstəlikləri olanlar, ürək əməliyyatı keçirənlər, ürək çatışmazlığı - Maye qəbulu artdıqca dövr edən qanın miqdarı artır, ürəyin yükü çoxalır

-Kəskin və xroniki böyrək çatışmazlığı olanlar, böyrək təzyiqi olanlar - Böyrəklər artıq mayenı süzə bilmir, yük çoxalır

-Qaraciyər çatışmazlığı, assit xəstəliyi olanlar - qaraciyər toxumaları şişir

-Hamilə qadınlara - şişkinliyi artırır

-yeni əməliyyat keçirmiş şəxslərə

-6 ayına kimi körpələr