20 gün balqabaq yedi - Nəticəsi İNANILMAZDIR

 22:03 18.11.2019     1598

Orqanizmə hədsiz faydaları olduğunu öyrənən rusiyalı jurnalist bu narıncı Günəş rəngli tərəvəzi öz üzərində sınamaq qərarına gəlir.

Redaktor.az bildirir ki, o, 20 gün ərzində hər gün balqabağı müxtəlif cür yeyib - çiy, bişmiş və s. Daha çox axşamlar sobada hazırlayaraq qəbul edib. Jurnalist 20 gün sonra baş verən dəyişiklikləri qeyd edib.

1.Çəkidə azalma baş verib. Bu günlər ərzində 3,5 kq asanlıqla itirilib. Çünki balqabaqda çox miqdarda lif var və o uzun müddət toxluq yaradır. 

2. Dərinin vəziyyəti və rəngi yaxşılaşıb. Orqanizmi, bağırsaqları zibildən, şlak və toksinlərdən təmizlədiyinə görə, dəri yaxşılaşır.

3. Həzm və tualetə getmə normallaşıb. Köp, qəbizlikdən, ağırlıqdan əsər-əlamət qalmayıb.

4. Görmə yaxşılaşıb – balqabaq A vitaminlə zəngin olduğu üçün, görmədə itiləşmə, aydınlanma realdır.

5. Əsəblərim sakitləşib. Balqabaqda əsəbləri sakitləşdirən maddələr var, həm də insanda həzm yaxşı getdiyi üçün istər-istəməz rahatlıq tapır.

Qadın 2 ay fasilə verdikdən sonra səhərlər balqabaq sıyığını yeməyi sınayacaq. / medicina.az