Səhiyyə Nazirliyi 7 bioloji qida əlavəsinə mənfi rəy verib - SİYAHI

 12:15 23.11.2019     438

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin sentyabr və oktyabr aylarında 7 Bioloji Fəallığa Malik Qida Əlavəsinə (BFMQƏ) mənfi rəy verib.

Redaktor.az-ın AEM-ə istinadən verdiyi xəbərə görə, sentyabr ayında “Agavit” (şərbət, Türkiyə), “CaDlife” (tablet, Türkiyə), “Extra-E” (tablet, Türkiyə), “Optiprost” (tablet, İtaliya) və “Si-Klim Bio” (tablet, Rusiya) bioloji qida əlavələrinə mənfi rəy verilib.

Oktyabr ayında isə iki müraciət mənfi cavablandırılıb.

Qeyd edək ki, AEM Bioloji Fəallığa Malik Qida Əlavələrinin, tibbi və kosmetoloji ləvazimatların ekspertizasını həyata keçirir.//Apa.az