"Yatmış gözəl" sindromu - Xəstələr əsəbi və emosional olurlar

 09:31 24.11.2019     574

"Yatmış gözəl" sindromu sinir sistemi ilə bağlı olan nadir xəstəliklərdən biridir.

Redaktor.az Bizimyol.info-ya istinadən xəbər verir ki, bu xəstəlikdən hər 1 milyon insan arasında 2 və ya 3 nəfər əziyyət çəkir. Əsasən yeniyetməlik dövründə yaranan bu xəstəlik 25-30 il sonra keçir. Lakin, bu sindrom və onun çarəsi hələ ki tam araşdırılmayıb.

"Yatmış gözəl" sindromundan əziyyət çəkən insanlar sutka ərzində 15-20 saatadək yatırlar. Oyananda isə iştahları qabarır, çox əsəbi və emosional olurlar. Onların həmçinin hallyusinasiya gördükləri və şizofren olduqları qeyd olunur. İki həftədər bir ayadək dəvam edə bilən bu xəstəlik ildə 1-3 dəfə yaranır.

İlk dəfə bu xəstəliyi 1786-cı ildə fransalı həkim Edme Pyer Şavo de Boşen aşkar edib. Daha sonra isə bu xəstəliyi və onun yaranma səbəblərini 1925-ci ildə psixiatr Villi Kleyne incələməyə başlayıb. Bu səbəbdən xəstəliyin ikinci adı "Sindrom Kleyne" adlandırılıb.