Azərbaycanda İİV-in yayılma göstəricisinin yüksək olduğu RAYONLAR

 13:18 02.12.2019     522

"Azərbaycanda İİV-in yayılma göstəricisinin yüksək olduğu ərazilər əsasən cənub rayonlarıdır".

Redaktor.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı keçirdiyi dəyirmi masada çıxış edən Mərkəzin monitorinq və qiymətləndirmə departamentinin rəhbəri Natiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, bu, ölkəyə daha çox cənubdan narkotikin keçirilməsi ilə bağlıdır:

"Göstəricilər Şirvanda 52, 9%, Hacıqabulda 31,2%, Astarada 26,4%, Lənkəranda 20,9%, Sumqayıtda 16,4%, Yevlaxda 14,2%, Mingəçevirdə 13,4%, Xızıda 11,3%, Göyçayda 10,8%, Bakıda isə 7,5%-dir. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının 23,6 %-i Bakı şəhəri və Abşeron rayonunda, 75.7 %-i regionlarda yaşayır. 0.7 % şəxsin isə ərazi mənsubiyyəti naməlumdur".

N.Zülfüqarov qeyd edib ki, cənub zonasında əhali az olduğuna görə yeni yoluxma faizi yüksək görünür:

"Əsas yoluxanlar Bakı şəhərində yaşayır. Əhali sayı paytaxtda 2 milyondan yuxarı olduğu üçün hər 1000 nəfərə düşən say azdır".//Apa.az