Qocalmanı bu üsulla dəf edəcəksiniz - Alimlərdən ŞOK AÇIQLAMA

 11:57 08.12.2019     1013

ABŞ-ın Stenford universitetinin tədqiqatçıları qocalmanın 3 mərhələsinin olduğunu bildirir.

Redaktor.az publika.az-a istinadən xəbər verir ki, bu bölgü, müəyyən yaşda insan bədənində meydana gələn qanın maye hissəsindəki zülalların dəyişməsi ilə izah olunur.

"Nature Medicine" nəşrində yer alan məlumata görə, mütəxəssislər, 18 yaşdan 95 yaşa qədər olan 4263 nəfərin plazma zülallarını təhlil edib. Onlar qan plazması zülallarında əsas dəyişikliklərin şərti olaraq üç mərhələdə baş verdiyi qənaətinə gəlib. İlk mərhələ 34 yaşda, ikinci mərhələ 60, sonuncu isə 78 yaşda başlayır.

Tədqiqatın nəticələri sayəsində həkimlər gələcəkdə zülalların vəziyyətini izləyə və xəstə orqanlarının hansı üzvünün daha erkən yaşlanmağa başlaması barədə xəbərdarlıq edə biləcəklər. Bu isə yaşla əlaqəli xəstəliklərə qarşı daha effektiv mübarizə aparmağa imkan verəcək.