Uşaqları yersiz müayinə edib, şüalanmaya məruz qoymaq... Pediatrdan XƏBƏRDARLIQ

 03:48 09.12.2019     324

"Heç fikir vermisiniz ki, balaca uşaqlar niyə çox yıxılır? Və həmişə də yıxılanda başları yerə dəyir. Çünki yaş xüsusiyyətinə görə baş ölçüsü bədəndən böyükdür".

Bunu pediatr, uzman həkim Ülvi Əliyev açıqlayıb.

Belə hallarda valideynlərin adətən təşviş içində həkimə müraciət etdiyini qeyd edən pediatr bunları vurğulayıb: "Bəzi ixtisas və qeyri-ixtisas həkimlərinə üz tutan valideynlər çox vaxt izafi tədqiqat üsulları ilə qarşılaşırlar. Lazımsız rentgen, kompüter tomoqrafiyası MRT, EEG edilir. İnsanın almalı olduğu radiasiya dozası 3-3.2 mSv (zivert) ikən nə qədər şüalanma olduğunu təxmin etmək olar. Bir döş qəfəsi rentgenoqrafiyası 0.01m Sv-dirsə, 5 yaşlı uşaq beyin Kompüter Tomoqrafiya müayinəsi olunanda 100 o qədər şüa alır.

Həyatı və gələcəyi irəlidə olan övladlarınızı yersiz şüalanmadan qoruyun. Travma zamanı ilk saatlarda müayinə, valideynlərə bilgi verilməsi və sonrakı nəzarət yersiz müayinələrin qarşısını alar".