Qızdırmanı aşağı salmanın TƏBİİ YOLLARI

 15:15 09.12.2019     1267

Müxtəlif xəstəliklər nəticəsində yüksələn temperatur bədəndə ciddi ziyanlara səbəb ola bilir.

Redaktor.az-ın məlumatına görə, yüksək temperaturun gəlişini xəbər verən ən əsas əlamətlər isə üşümə hissi və bədənin nəzarət edilə bilməyəcək şəkildə titrəməsidir deyən mütəxəssislər bu qarışıqların yüksək atəşi salmağa təsirli olduğunu bildirir:

Pambıq toxumu: 

1 litr suyun içinə 1 ovuc pambıq toxumu qatıb süzün və gündə 3 dəfə bir şorba qaşığı üçün.

Qərənfil çiçəyi: 

Bir litr suyun içinə bir ovuc qərənfil çiçəyi atın. Sonra süzərək gündə 3 dəfə iki şorba qaşığı üçün.

Sirkə: 

Xəstənin başına sirkə ilə isladılmış və çox sıxılmamış bir tənzif bağlayın.

Balqabaq:

 Bir litr suyun içinə incə doğranmış bir ovuc balqabaq qatıb qaynadın. Daha sonra süzərək gündə 3 dəfə bir çay stəkanı için.

Cəfəri: 

Bir litr suyun içinə bir ovuc incə doğranmış cəfəri qatıb qaynadın. Daha sonra süzərək gündə 3 dəfə bir çay stəkanı için.

Bənövşə yarpağı: 

Bir litr suyun içinə bir ovuc bənövşə yarpağı qatın. Daha sonra süzərək gündə 3 dəfə bir qəhvə fincanı için.

Sarımsaqlı qatıq: 

Xəstənin bədəninə bol miqdarda sarımsaqlı qatıq sürün. Qatığın qurumasından sonra təmiz və ilıq bir bezlə bədənini silin.