Azərbaycanda yetişir, xərçəngi qısa zamanda yox edir - Qiyməti çox ucuzdur...

 11:47 13.12.2019     648

Britaniya və Norveç alimləri mədə-bağırsaq xəstəlikləri, o cümlədən xərçəng zamanı qəbulu vacib olan qidaların adlarını açıqlayıblar.

Redaktor.az xəbər verir ki, Uorik Universitetinin apardığı tədqiqatın nəticələrində nar, qırmızı üzüm, armud, göbələk, mərcimək, soya və yaşıl noxudun mədə-bağırsaq xəstəliklərinin profilaktikasında xüsusi effektə malik olduğu qeyd edilib.

Alimlərin sözlərinə görə, sözügedən qidalar bədəndə iltihab prosesinin inkişafının qarşısını alır, autofaqiyaya (hüceyrənin daxilində, yenilərilə əvəz olunmuş köhnə orqanoidlərin (məs. mitoxondri və s.), zülal və digər maddələrin həll olması, bir sözlə lazım olmayan, xüsusi zərərli komponentlərdən ibarət hüceyrələrin məhv edilməsidir — red.) müsbət təsir göstərir.

Alimlər bu qənaətə autofaqiyanın normal mexanizminin təsirlərini müəyyənləşdirərkən gəliblər. Autofaqiya düzgün işləməyəndə, belə zülallar toplanır və iltihaba təhrik edir.

Redaktor.az