Qışda xəstələnməmək üçün 7 maraqlı üsul

 19:33 07.01.2020     1114

Qış fəsli yaxınlaşdıqca havalar daha soyuq və tutqun olmağa başlayır. Bu səbəbdən bir çoxları özünə qapanır və özlərini bədbəxt hiss edirlər.

Siz də bu kateqoriyaya daxilsinizsə, verəcəyimiz 7 tövsiyəyə əməl edərək sağlam bir qış keçirə bilərsiniz.

Yaxşıca yatın

Yuxu rejimi və keyfiyyətli yuxu gün boyu daha enerjili olmaq üçün çox əhəmiyyətlidir. Axşam tez yuxuya gedə bilmirsinizsə, o zaman bunun səbəblərini axtarın. Məsələn: çox gec saatda qəhvə içmək sizin yuxuya getməyinizə mane ola bilər. Gec saatda yemək yemək də rahat yatmağa mane olan amillərdəndir.

Qamətinizə diqqət edin!

Gündəlik iş rejimi və qaçaqaç insanın qamətinə təsir edir. Araşdırmalara görə, insanın qamətinin gözəl olması, onu sağlamlığından əlavə, psixoloji vəziyyəti üçün də son dərəcə faydalıdır. Hər zaman başınızı və çiyinlərinizi dik tutun. Beləliklə də daha pozitiv və xoşbəxt bir qış keçirə bilərsiniz.

Telefona fasilə verin

Müasir zamanda bir çoxları hər anın fotosunu çəkərək sosial şəbəkədə paylaşmaq istəyir. Bunu edərkən təəssüf ki, yoldaşları və ya ailə üzvləri ilə keçirdiyi vaxtdan ləzzət ala bilmir. Xoşbəxt anların dadını çıxarmaq üçün telefonu bir kənara qoyun. Bir müddət telefondan uzaq olmaqla heç nə itirməzsiniz.

Sizi bədbəxt edən münasibətləri bitirin

Münasibətinizdəki bədbinlik özünüzə inama zərər verir. Sizi bədbəxt edən şəxslərə görə daha narahat və qeyri-müəyyən əhval-ruhiyyəyə köklənirsiniz. Sizə və fikirlərinizə dəyər verən və sizi xoşbəxt edən insanlarla birlikdə olmağa çalışın.

Hərəkət edin və sağlam qidalanın

Araşdırmalara görə, həftədə, ən az 3 dəfə idman etmək depressiyaya düşmək riskini azaldır. Gündəlik həyatınızdakı hərəkətliliyinizi artırın və daha aktiv olun. Sağlam və xoşbəxtlik hormonlarını artıran qidalardan istifadə edin. Bol-bol su için. Bütün bu sadalananları edərək sağlam və rahat bir qış keçirə bilərsiniz.

Özünüzə vaxt ayırın

Bütün gün dostlarınızla, ailənizlə vaxt keçirdiyinizdən özünüz yaddan çıxa bilərsiziniz. Bir müddət tək qalın və nə etmək istədiyinizi düşünün.

Edəcəyiniz işləri qabaqcadan planlaşdırın

Özünüz üçün həyata keçirməli olduğunuz işlərin siyahısını hazırlayın. Planlı olmaq sizin motivasiyanızı artıracaq. Bu isə problemlərin içərisində çaş-baş qalmağınıza və ruhdan düşməyinizə imkan verməyəcək. Beləliklə də qışdan daha rahat və xoşbəxt halda çıxa biləcəksiniz. (medicina.az)