Xərçəngdən cəmi bir saniyəyə xilas olmaq ÜSULU
Elm adamları xərçəng xəstəliyinin bir saniyədən az müddətdə necə müalicə edilə biləcəyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, Pensilvaniya Universitetindəki Abramson Onkoloji Mərkəzinin alimləri bütün müalicə prosesinin bir saniyədən də az davam etdiyi proton radiasiya terapiyası metodunun effektivliyini təsdiq ediblər.
Bu terapiyanın foton radiasiya terapiyası ilə müqayisədə yan təsirləri iki dəfədən azdır.
Tədqiqatçılar radiasiya səviyyəsini dəqiq ölçmək üçün xüsusi sensorlar hazırlayıblar.
Oral Mədənçi / Redaktor.az