Bal və kartofun saglamliq üçün faydaları

 22:40 11.01.2020     1451

İnsanın bir çox orqanlarının işi qanın dərəcədə keyfiyyətli, duru və qatı olmasından asılıdır. Əgər qan qatılaşırsa, bu artıq ciddi siqnaldır.

Redaktor.az- in xəbərinə görə rusiyalı həkimin təqdim etdiyi qanı qatılaşdıran qidaların siyahısını təqdim edir.

Qanın qatılığı birinci növbədə orqanizmə daxil olan maye, su miqdarından çox asılıdır.Qan 90% sudan ibarətdir.

İkinci səbəb qida və dietadır.

Əgər sizdə analizlərdə qan laxtalanması yüksəkdirsə, bu insanlar ümumiyyətlə aşağıdakı ərzaqlardan uzaq durmalıdır

- Şəkər - təkcə sənaye şəkəri yox, şirin meyvə, quru meyvələr də şəkər tərkiblidir. Şəkər qanın hüceyrələrini yapışdırır. Südlü şokolad, tort, pirojna, qazlı içki, şirin nə varsa - qanı qatılaşdırır. Şəkər xəstələrində diabet xırda damarları məhv etdiyi üçün onlar ümumiyylə qanın qatılaşmasının qarşısını almalıdırlar.

- Kartof - nişasta çox olduğu üçün həzm sistemində dərhal qlükozaya parçalanır. Bu da qanı qatılaşdırır

- Bal - hər 100 qramında 70 qr şəkər var. Tromb yaranmasına imkan verməsə də qanı qatılaşdırır

- Duzlu qidalar - orqanizmi susuzlaşdırır, qanı qatılaşdırır

Əgər sizdə xroniki yorğunluq, gərginlik, diqqət yayılması, depressiya varsa, deməli qanınız qatıdır. Həkimə gedib, analiz verin.