20 gün balqabaq yedi - Nəticəyə İNANMADI

 07:00 13.01.2020     1651

Orqanizmə hədsiz faydaları olduğunu öyrənən rusiyalı jurnalist bu narıncı Günəş rəngli tərəvəzi öz üzərində sınamaq qərarına gəlir. O, 20 gün ərzində hər gün balqabağı müxtəlif cür yeyir: çiy, bişmiş və s. Daha çox axşamlar sobada hazırlayaraq qəbul edib.

Redaktor.az xəbər verir ki, jurnalist 20 gün sonra baş verən dəyişiklikləri qeyd edib.

1.Çəkidə azalma. Bu günlər ərzində 3,5 kq asanlıqla itirilib. Çünki balqabaqda çox miqdarda lif var və o uzun müddət toxluq yaradır.

2. Dərinin vəziyyəti və rəngi yaxşılaşıb. Orqanizmi, bağırsaqları zibildən, şlak və toksinlərdən təmizlədiyinə görə, dəri yaxşılaşır

3. Həzm və tualetə getmə normallaşıb. Köp, qəbizlikdən, ağırlıqdan əsər-əlamət qalmayıb

4. Görmə yaxşılaşıb – balqabaq A vitaminlə zəngin olduğu üçün, görmədə itiləşmə, aydınlanma realdır.

5. Əsəblərim sakitləşib. Balqabaqda əsəbləri sakitləşdirən maddələr var, həm də insanda həzm yaxşı getdiyi üçün istər-istəməz rahatlıq tapır.

Qadın 2 ay fasilə verdikdən sonra səhərlər balqabaq sıyığını yeməyi sınayacaq.