Bakıda iki nəfər ağciyər xəstəliyindən ÖLÜB

 14:07 15.01.2020     1466

Bakıda xəstəxanada ölüm hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qeydə alınıb. 

Xəstəxanada müalicə alan Qəniyev Rəşad və Qafarov Azad dünən səhər saatlarında dünyalarını dəyişiblər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən xəbərə görə, hadisə barədə məlumatlıdırlar. Hazırda bununla bağlı araşdırma gedir.

Qeyd edək ki, noyabrın 25-də sözügedən xəstəxanada 31 yaşlı Bağırova Rəhimə Tofiq qızı da vəfat edib.//Apa.az