Yüksək təzyiqi olanlar BUNLARI YEMƏSİN!

 01:25 19.01.2020     1615

Yüksək təzyiq insan sağlamlığı və həyatı üçün çox təhlükəlidir.

Redaktor.az xəbər verir ki, bu problemi olan insanlar qidalanmalarına çox ciddi şəkildə nəzarət etməlidirlər.

İlk növbədə, duzlu məhsullardan (müxtəlif şorabalar, duzlu, hisə verlmiş məhsullar, çipsi, suxari və s.) uzaq durmalıdırlar. Duzun miqdarını azaltmalı, lakin duzdan tam imtina etməməlidirlər.

Bildirək ki, kolbasa, sosis, vetçina, müxtəlif yarım-fabrikatlar, fast-fud kimi qidalar duz, trans-yağlar, konservantlar və s. ziyanlı maddələrlə zəngindir ki, onların müntəzəm istehlakı təzyiqi qaldırır.

Şəkər damarların birinci düşmənidir. Şəkər damarlarda xroniki iltihab yaradır, onları zəiflədir, damarlarda xolesterinin yığılması prosesini stimullaşdırır. Bütün bunlar isə təzyiqin artmasına səbəb olur.