Kivinin İNANILMAZ FAYDASI

 02:14 22.01.2020     2151

İnsanın immun sitemini möhkəmləndirən meyvələrdən biri də kividir.

Redaktor.az xəbər verir ki, kivi orqanizmin müdafiə və bərpa funksiyalarını gücləndirir, orqanizmin streslərə qarşı davamiyyətini yüksəldir. Həkimlərin fikirlərinə görə, kivi onkoloji xəstəliklərinin profilaktikasında da böyük rol oynayır.

Kivi ürək-damar sistemi üçün çox faydalıdır. Tərkibində kalium və maqnezium mikroelementlərinin olduğuna görə kivi arterial təzyigini normallaşdırır. Bundan əlavə bu giləmeyvə damarların və kapilyarların divarlarını möhkəmləndirir və damarlarda trombların əmələ gəlməsinə mane olur, orqanizmi ziyanlı xolesterindən azad edir.