Dünyada dəhşətli virus yayılıb: Ölü sayı sürətlə artır - BOĞAZ AĞRISI, ÖSKÜRƏK...

 10:30 22.01.2020     2156

Çinin Vuhan şəhərində ortaya çıxan "Korona" virusu dünyada narahatlıq yaradıb. 

Redaktor.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı virusun digər ölkələrdə də yayıla biləcəyini açıqlayıb. 

Azərbaycanda virusa yoluxan olmasa da, ötən gün Amerika Birləşmiş Ştatlarında (ABŞ) bir nəfərin "Korona" diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Bundan əlavə, virusa Tayland və Cənubi Koreyada da rast gəlinib.

"Korona" virusunun əlamətləri

“2019-nCoV” olaraq adlandırılan virusun insandan insana keçdiyi bildirilir. 

"Korona" virusunun simptomları bunlardır: burun axması, öskürək, boğaz və baş ağrısı, yüksək hərarət, immunitet sisteminin zəifləməsi. 

Yaşlı və çox gənc insanlar üçün virusun pnevmoniya və bronxit kimi ciddi tənəffüs xəstəliklərinə səbəb olma ehtimalı var.

"Korona" virusunun müalicəsi

"Korona" virusu üçün xüsusi bir müalicə yoxdur. Çox vaxt simptomlar öz-özünə keçir. Həkimlər ağrıkəsici dərmanlar və antipiretik maddələr təyin edir, simptomları aradan qaldırmaq üçün simptomatik müalicə təyin edirlər.

Həkimlər otaq nəmləndiricisi və isti duşun boğaz ağrısı və öskürək üçün yaxşı olacağını söyləyirlər. Xəstələnən insanlara çoxlu maye içmək, istirahət etmək və mümkün qədər yatmaq lazımdır.

Oral Mədənçi / Redaktor.az