Sarıkökün İNANILMAZ FAYDASI

 07:20 01.02.2020     2996

Sarıkök qidalara gözəl dad və rəng verməsi ilə yanaşı çox effektli təbii müalicəvi vasitədir.

Redaktor.az xəbər verir ki, o, orqanizmi ziyanlı maddələrdən təmizləyir, cavanlaşdırır və xərçəng xəstəliklərin inkişafından qoruyur.

Sarıkökün çox güclü antibakterial və antiseptik xüsusiyyətləri var. Soyuqdəymə, qripp zamanı sarıkökün 1/2 çay qaşığını 1 stəkan qaynar suda dəmləyin, 1 çay qaşığı bal əlavə edin və için. Bu vasitə iltihabı azaldır, orqanizmi isindirir, intoksikasiya ilə mübarizə aparır.

Boğaz ağrısı, angina zamanı boğazınızı sarıkökün dəmləməsi ilə yaxalayın (1 çay qaşığı sarıkök + 1 stəkan qaynar su). Bu vasitə boğaz ağrısını və iltihabı azaldır, mikroblarla mübarizə aparır.

Damaqlar iltihabı, stomatit zamanı ağız boşluğunuzu sarıkökün dəmləməsi ilə yaxalayın. Bu ilthabın azalmasına kömək edir.

Öskürək və bronxit zamanı 1 stəkan isti südə 1/2 çay qaşığı sarıkök əlavə edin, yaxşı qarışdırın və gün ərzində qəbul edin.