Qırmızı soğan bu xəstəlikləri sağaldır

 15:10 01.02.2020     9911

Qırmızı soğanın tərkibində ağ soğanla müqayisədə 2 dəfə çox antioksidant maddələri var. Bu isə onun güclü iltihabəleyhinə təsirini təmin edir.

Qırmızı soğan "antosian" maddələrlə zəngindir. Məhz bu maddələr ona belə qeyri-adi rəng bəxş edir. Antosian maddələri immun sistemini, qan damarları möhkəmləndirir, orqanizmdə gedən qocalma proseslərini hüceyrə səviyyəsində ləngidir, orqanizmi cavanlaşdırır. Antosian maddələri orqanizmə şişəleyhinə təsir edir.

Qırmızı soğan həzm prosesini yaxşılaşdırır, bağırsaqlara antiseptik təsir edir, mübadilə proseslərini və piylərin parçalanmasını sürətləndirir, arıqlamağa kömək edir.

Qırmızı soğan qurdqovucu təsirə malikdir. Uşaqların əksəriyyəti soğanı, xüsusilə də çiy soğan xoşlamır. Ağ soğanla müqayisədə qırmızı soğanın daha yumşaq, şirin dadı var və bu səbəbdən onu çiy vəsiyyətdə az miqdarda uşaqlar üçün hazırlanan salatlara, buterbrodlara əlavə etmək olar.

Kükürdlə zəngin olan qırmızı soğan dərinin, dırnaqların və saçların vəziyyətini yaxşılaşdırır. Digər tərəfdən kükürd orqanizmin qanyaratma funksiyasını yaxşılaşdırır, qanı təmizləyir.

Qırmızı soğan zökəm, soyuqdəymə xəstəlikləri, qripp, öskürək zamanı çox yaxşı kömək edir, damaqların vəziyyətini yaxşılaşdırır - iltihabəleyhinə təsir edir, damaqları möhkəmləndirir.

Qədim zamanlardan qırmızı soğan kişilərdə potensiya problemlərinin müalicəsində istifadə olunurdu.

Bəzi xəstəliklər zamanı qırmızı soğanın qəbulu arzuolunmaz sayılır. Qırmızı soğan ağır böyrəklər, qaraciyər, mədə-bağırsaq sistemi, dəri xəstəlikləri zamanı əks-göstərişdir.