Kərə yağının faydaları və zərərləri

 11:52 02.02.2020     23128

Kərə yağı Azərbaycan mətbəxinin əsas ərzaqlarından sayılır. Zəngin mətbəximizin bir çox yeməkləri kərə yağı olmadan bişirilmir və demək olar ki, hər evdə əsasən kərə yağından istifadə edilir. Bəs görəsən kərə yağının hansı faydaları və zərərləri var?

Faydaları

Süd məhsulları min illərdir ki, insan tərəfindən istifadə edilir. Pendir, kəsmik, qatıq, süzmə, xama və kərə yağı süddən hazırlanan qidalardır. Süd məhsulları orqanizmə çox faydalıdır. Bu qidaların tərkibində mikro-makro elementlər, vitaminlər, dəri və həzm prosesi, daxili orqanların fəaliyyəti üçün faydalı turşular var. Bununla belə, süd məhsullarının tərkibində yağ, kalori, xolesterin də var və bu qidaları həddən artıq qəbul etmək ziyanlıdır.

Kərə yağı hormonal fon üçün faydalıdır. Uşağa qalmaq acısını hiss edən qadınlar üçün də kərə yağı faydalıdır. Çünki kərə yağı orqanizmin reproduktiv qabiliyyətini normallaşdırır.

Mədə xorası və mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə həkimlər adətən kərə yağı qəbul etməyi məsləhət görürlər. Çünki kərə yağı mədə-bağırsaq infeksiyalarını aradan qaldırır və mikrofloranı normallaşdırır.

Doymuş yağlar orqanizmin şişlərə qarşı müqavimət gücünü artırır.

Yağın tərkibində olan laurin turşusu göbələklərin artmasının qarşısını alır, dərinin vəziyyətini yaxşılaşırır. Bu turşu kandidoza qarşı mübarizə aparır. Eyni zamanda, immun sisemini yaxşılaşdırır.

Kərə yağının tərkibi D vitamini ilə zəngindir. D vitamini diş və sümüklər üçün, görmə qabiliyəti üçün faydalıdır.

Kərə yağı dəri, saç, iş qabiliyyətinin artırılması, yorğunluğun aradan götürülməsi üçün faydalıdır.

Zərərləri

Amma nəzərə almaq lazımdır ki, "nə qədər çox yesəm, o qədər xeyirlidir" yanlışdır. Kərə yağını müəyyən miqdarda qəbul etmək lazımdır. Əks halda yağın tərkibində olan xolesterin müəyyən problemlərə, məsələn, qan-damar sisteminin xəstəliklərinə və daxili orqanların zədələnməsinə səbəb ola bilər.

Xolesterin əsasən qan damarları üçün ziyandır. Az miqdarda kərə yağı damarlar üçün tikinti materialı rolunu oynayır. Amma normadan artıq kərə yağını qəbul etmək fəsadlara səbəb olur. Damarların daxili divarlarında problem yaranır və orqanizmdə aterosklerotik proses başlayır. Nəticədə insult, infarkt, tromb kimi xəstəliklər meydana çıxır.

Orqanizmində xolesterin miqdarı yüksək olan və ya sağlamlıq problemi olan, insult, infarkt keçirən, tromb xəstəliyindən əziyyət çəkənlər kərə yağından minimum istifadə etməlidirlər.