Kəklikotunun zərərləri - Mədə yarası...

 12:08 03.02.2020     4984

Kəklikotu  dadı, qoxusu və xeyirli xüsusiyyətlərinə görə kulinariyada geniş istifadə olunur.

Tərkibinə daxil olan vitamin və fitoqidalı maddələrinə görə ona şəfalı xüsusiyyəti çox olan bitki kimi dəyər verilir

Geniş antioksidant yığımı olduğundan, kəklikotu, orqanizmi onkoloji və ürək-damar xəstəlilərindən qoruya bilir. Dəmirin zəngin mənbəyi sayıldığına görə, anemiya xəstələrinə də məsləhət görülür.

Bu ədviyyat həmçinin piridoksinin (B6 vitamini) mənbəyi sayılır. Dəri, sinir xətəlikləri və əzələ spazmlarında geniş istifadə olunur. 

Hər bir məhsulun olduğu kim, kəklikotunun da ziyanlı tərəfləri vardır. Belə ki, kəklikotunu çoxlu miqdarda qəbul etməkə arteriyal təzyiqin qalxasına səbəb olur. Digər bitkilərdə olduğu kimi, kəklikotu da torpaqda olan toksik maddələri özündə topladığına görə, ekoloji cəhətdən təmiz olmayan rayonlardan toplanan məhsul orqanizmə ziyan vura bilər.

Mədə yarası olan insanlar üçün kəklikotu məsləhət görülmür. Lakin prostatit və kişilərin reproduktiv funksiya problemlərinə çox yaxşı təsir göstərir. Bu hallarda bitkini dəmləyib, məhlul halında içirlər.