Dani Kintana Çin klubuna getdi

 17:05 03.02.2020     2893

"Qarabağ"ın futbolçusu Dani Kintana bu gün komandada sonuncu məşqinə çıxıb.

Redaktor.az bildirir ki, ispaniyalı yarımmüdafiəçi Çin təmsilçisi "Chengdu Better City"ə transfer olunub. O, bu gün tibbi yoxlanışdan keçmək üçün yeni komandasının Tailandda davam edən düşərgəsinə yollanacaq. 

2015-ci ildə "Qarabağ"a transfer olunan Kintana 146 matçda meydanda olub, 42 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.