"Şimal limon"u adlandırılan zirincin İNANILMAZ FAYDASI

 04:20 04.02.2020     1199

Zirinci "şimal limonu" adlandırırlar.

Redaktor.az xəbər verir ki, zirinc bəzi xüsusiyyətlərinə görə limona bənzəyir. İlk növbədə C vitamini ilə zəngindir və tərkibində orqanik turşular, alkaloidlər, efir yağları, pektinlər və s. faydalı maddələr var.

Zirinc "ağır" qidaların mənimsənilməsini sürətləndirir və asanlaşdırır. Bu səbəbdən tez-tez ət yeməklərinə əlavə olunur.

Orqanizmə antibakterial və virus əleyhinə təsir edir, iltihabı azaldır.

Zirinc dəmləməsi öskürək, angina, nəfəsalma orqanların iltihabları zamanı çox yaxşı müalicəvi təsir edir. Dəmləməni hazırlamaq üçün 1 çay qaşığı qurudulmuş zirinc 1 fincan qaynar suda 1/2 saat ərzində dəmlənilir, 1/2 çay qaşığı bal əlavə olunur və içilir. Belə dəmləmə həmçinin immun siteminə də çox müsbət təsir edir, orqanizmi möhkəmləndirir, orqanizmin virus və bakteriyalara olan davamlılığını artırır