Arı sancmasının bilmədiyimiz faydaları

 15:50 05.02.2020     1943

Başımıza gələcək xoşagəlməz hadisələrdən biri də arı sancmasıdır. Arı sancması insanları qorxudur. Lakin arı sancdığında ağrı hiss etməyimizə səbəb olan arı zəhərinin xeyirləri də vardır.

Redaktor.az məlumat verir ki, arı polenindən və balından fərqli olan bu zəhərin faydalı olduğuna dair iddialar qədim Misir dövrlərinə qədər uzanır.

Bu zəhərin içərisində olan mellitin, adolapin və apamin iltihab maddələri sayəsində bədəndəki iltihabları azalda bilir. Amerika və İsveçdə aparılan araşdırmalar zamanı zəhərin ağrıkəsici təsirə malik olduğu da öyrənilib. Arı zəhəri zəngin flora və faunası olan Azərbaycanımız və xarici ölkələrin təbabətində geniş şəkildə rast gəlinir. Təbabətdə arı zəhəri natural şəkildə bilavasitə arı sancması ilə və müxtəlif preparatlar şəklində istifadə edilir. Son vaxtlar arı zəhəri oynaq revmatizminin və sinir xəstəliklərin, radikulit və üçlü sinirin nevralgiyasının müalicəsində yaxşı nəticə verir. Arı sancmasından qaynaqlanan maye zəhərin oynaq iltihabını müalicə etməyə və hətta qarşısını almağa xeyri var.

Arı sancması müalicəsinin müəyyən bir neçə xəstəlik müalicəsində istifadə edildiyi də ifadə edilir. O xəstəliklərin başında asma xəstəliyi gəlir. Digər xəstəliklərdən biri də MS xəstəliyidir. Avropada bir çox xəstə bu üsulla müalicə edilir.

Arı zəhəri apitoksin qan yaradıcı sistemlərə yaxşı təsir edərək hemoqlobinin miqdarını çoxaldır, qanın yaxıcılığını və laxtalanmasını azaldır, eritrositlərin çökmə reaksiyasını aşağı salır, ümumi və yerli leykositozu artırır. Arı zəhəri ürək əzələsinin işini nizamlayır,qan təzyiqini aşağı salır və maddələr mübadiləsini yaxşılaşdırır. Arı zəhəri bir çox sağalmayan yaraların müalicəsində işlədilir.