Oynaq ağrılarından xilas edən TƏBİİ MƏLHƏMLƏR

 15:17 07.02.2020     2123

Oynaq ağrıları ilə bir çox insan üzləşir. Əgər belə ağrılar sizi tez-tez narahat edirsə, mütləq həkimə müraciət edin. Bu, ciddi xəstəliklərin simptomu ola bilər.

Xalq təbabəti oynaqlarda ağrıları azaltmaq üçün çox təsirli vasitələri təqdim edir. Bu vasitələr oynaqlarda ağrıları və iltihabı azaldır, oynağın hərəkətliliyini yaxşılaşdırır. Təbii ki, bu və ya digər xalq təbabəti vasitələri istifadə etdikdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Oynaq ağrıları zamanı təbii məlhəmlər:

- 1 çay qaşığı qırmızı istiot (toz halında) 1 xörək qaşığı lanolin və ya vazelinlə yaxşı qarışdırılır və az miqdarda olmaqla ağrıyan oynağa çəkilir, sonra oynaq plyonka və yun şərflə örtülür. Dəri sağlam olmalıdır - dəridə yaralar və s. varsa, məlhəmi istifadə etmək olmaz.

- 50 qr xardal tozu, 50 qr kamfora yağı, 50 qr tibbi spirt, 3 yumurta sarısı yaxşı qarışdırılır və 1 gün ərzində sərin qaranlıq yerdə saxlanılır. Daha sonra məlhəmi az miqdarda olmaqla ağrıyan oynağa çəkmək olar.

Hazır məlhəmləri soyuduca saxlamaq lazımdır.

Bu məlhəmləri istifadə etdikdə diqqətli olun, allergik reaksiyalar baş verə bilər.