Qırmızı bibər xərçəngin müalicəsində istifadə olunur

 14:48 08.02.2020     2141

Qırmızı bibər yaşıl bibərin başqa bir növüdür. Yaşılından daha şirin və yetkin olan qırmızı bibər yalnız yeməkləri dadlandırmır, eyni zamanda da bədəniniz üçün möhtəşəm faydalar təmin edir. Araşdırmalara görə, qırmızı bibər yaşıldan çox daha faydalıdır və daha çox qida maddəsi ehtiva edir.

Redaktor.az bildirir ki, bu tərəvəzlər bişirilə bildiyi kimi, çiy də yeyilə bilər. Harvard tibb məktəbindən olan amerikalı alimlər sübut ediblər ki, acı Çili istiotunun tərkibinə ağrıkəsici maddələr daxildir.

Qırmızı bibərin sağlamlığınıza faydaları:

– Qırmızı bibər xərçənglə döyüşdə ən böyük köməkçilərinizdən biridir. İçərisində olan likopen xərçəngə qarşı olduqca təsirlidir. Prostat, pankreas və rəhm xərçəngi bu xərçəng növləri arasındadır.

– Qırmızı bibər antioksidant baxımından olduqca zəngindir və ürək narahatlığı riskini azaldır.

– Asanca kilo vermənizi təmin edər. Bu tərəvəzlər bədən istiliyini artırar və oksigen ehtiyacı yaradar. Bunun sayəsində kilo vermək daha asan bir hala gəlməkdədir.

– Qırmızı bibərin içərisində olan A vitamini gözlərə və immunitet sisteminə yaxşı gəlir.

– B vitamini beynin inkişafı üçün olduqca əhəmiyyətlidir. Bədənin maddələr mübadiləsisinə təsir edir və zülalın enerjiyə çevrilməsinə köməkçi olur.

– E vitamini hüceyrələrdə ziyan görülməsini mane olur və bu sayədə xərçəng potensialını azaldar.

– Qırmızı bibərdə C vitamini və kalium da bol miqdarda var. C vitamini immunitet sistemini gücləndirərkən kalium infarkt riskini azaldır.