Bu xəstəlikləri olanlar hər gün SARIMSAQ yeməlidir

 20:38 08.02.2020     2221

Sarımsaq çox faydalı tərəvəzdir. Sarımsaq ürəyin fəaliyyətini yaxşılaşdırır, bəzi xərçəng növlərinin, metabolik sindromunun riskini azaldır.

Mütəxəssislərin fikrinə görə, bəzi xəstəliklər zamanı sarımsaq müalicəvi təsir edir və bu xəstəlikləri və pozulmaları olanlar sarımsağı müntəzəm olaraq yeməlidir. Təbii ki, söhbət 1-2 diş sarşmsaqdan gedir. Çoxlu miqdarda bu tərəvəzi yemək olmaz.  

Beləliklə, hansı xəstəliklər zamanı sarımsaq təbii dərman kimi təsir edir?

Redaktor.az bildirir ki, yüksək xolesterin və hipertoniyadan əziyyət çəkənlər üçün sarımsaq çox faydalıdır. Sarımsaq xolesterini aşağı salır, qan dövranını yaxşılaşdırır və damarları genişləndirir.

Diabet xəstəliyi olanlar da tez-tez sarımsaq yeməlidir. ABŞ alimləri aşkar ediblər ki, sarımsağın tərkibində olan allisin qanda şəkəri tənzimləməyə yardım edir.

İnsan yaşlaşdıqca onun sümük toxuması tədricən azalmağa (əriməyə) başlayır. Bunun nəticəsində osteoporoz xəstəliyi inkişaf edir. Osteoporoz gizli inkişaf edən təhlükəli xəstəlikdir. Osteoporozdan əziyyət çəkən insanlarda hətta yüngül travma və ya yıxılma nəticəsində  sümüklər sına bilər. Araşdırmalar göstərib ki, sarımsağı müntəzəm olaraq yeyən yaşlı insanlarda osteoporoz daha ləng inkişaf edir.

Alimlər aşkar ediblər ki, sarımsaq vaxtından tez doğuşun riskini azaldır.
Araşdırmalar göstərib ki, sarımsaq qaraciyər üçün çox faydalıdır və hətta spirtli içkilərin qaraciyərə olan mənfi təsirini azaldır, qaraciyərin hüceyrələri olan hepatositləri müxtəlif ziyanlı maddələrdən qoruyur.

Son elmi araşdırmalar göstərib ki, orqanizmdə iltihabın səviyyəsi yüksək olduqda xərçəngin riski də artır. Bu səbəbdən istənilən növ xərçəngin riskini azaltmaq üçün qidalanmaya sarımsağı əlavə etmək lazımdır.

Yaşlı insanlarda ən tez-tez inkişaf edən görmə problemlərindən biri makulodistrofiyadır. Bu xəstəlik müalicə olunmur və əksər hallarda korluqla nəticələnir. Harvard Universiteti alimləri aşkar ediblər ki, sarımsağın müntəzəm istehlakı bu ağır xəstəliyinin riskini azaldır və həmçinin inkişafını ləngidir.

Bağırsaqların mikroflorasının pozulması zamanı da sarımsaq yaxşı kömək edir.
Mütəxəssislər sarımsağı xırda doğrayıb və ya əzib salatlara və yeməklərə əlavə etməyi tövsiyə edirlər.