Şüyüd min bir dərdin dərmanıdır - FAYDALARI

 13:00 13.02.2020     2329

Şüyüd tünd yaşıl rəngdə, 40-120 sm hündürlüyünə qədər qalxa bilən, nazik, saçaqlı yarpaqları və xüsusi qoxusu olan birillik göyərtidir. Şüyüd Himalay dağlarında, İranda, Mərkəzi və Qərbi Asiyada yabanı halda bitir. Bu səbədən də həmin ərazilər şüyüdün vətəni sayılır.

Şüyüd Afrika və Avropa ölkələrində 5000 il əvvəllərdən yetişdirilməyə başlanıb. İngiltərədə tarixi araşdırmalar zamanı şüyüd qurusuna rast gəlinib. Qədimdə İngiltərə daxil olmaqla bəzi ölkələrdə şüyüdü sehirli qüvvələrdən qorumaq üçün vasitə hesab edərlərmiş. İndi Antraktidadan başqa dünyanın bütün materiklərində şüyüdə rast gəlmək mümkündür.

Redaktor.az bildirir ki, kulinariyada şüyüddən müxtəlif salatları, ətləri, balıqları, şorabaları və sousları dadlandırmaq məqsədilə istifadə edilir. Şüyüdün toxumlarından tərəvəzlərin duza qoyulması zamanı geniş istifadə olunur. 

Şüyüddən kosmetologiya sahəsində də istifadə edilir. Şüyüddən alınmış efir yağlarından kremlər, losyonlar, odekolonlar, diş pastaıları hazırlanır.

Şüyüd yağından konservlərin, likörlərin, hətta sabunların hazırlanmasi üçün də istifadə olunur. 

- Zülallar - 2,5 qr

- Yağlar - 0,5 qr

- Karbohidratlar - 6,3 qr

- Su - 85 qr

- Kalori dəyəri - 40 kKal.

Şüyüdün tərkibində askorbin, nikotin turşusu, riboflovin, tiamin, karotin, pektin maddələri, karbohidratlar, kalium, kalsium, fosfor, dəmir, A, B2, B6, C, PP vitaminləri, zülalllar, yağlar, olein, palmetin, linolen turşuları var. Bu bitkinin hər bir hissəsi efir yağları ilə zəngindir. Bu yağlar ona xüsusi qoxu verir. Tərkibində olan maqnium və dəmir qan əmələgəlmə prosesini sürətləndirir.
Onda olan efir yağları ödün axmasına, həzm fermentlərinin sürətlənməsinə, orqanizmin dezinfeksiya olmasına səbəb olur.

Şüyüd əsasən də sidik-cinsiyyət və həzm sisteminin dezinfeksiya olunmasına səbəb olur. Tibbdə şüyüddən bəzi dərman preparatları hazırlanır.

Şüyüddən südəmizdirmə və diurez zamanı istifadə etməkdə fayda var. Arterial təzyiq, tənəffüs darlığı zamanı da şüyüd yeməyin faydası böyükdür. Şüyüddən spzmolitik, sidikqovuscu və sakitləşdirici məqsədlərlə də istifadə edilir. Mədə və bağırsaq yaraları zamanı şüyüd ağrıkəsici təsir göstərir. Şüyüd bağırsaqlardakı köpü və qazı qovmaq xüsusiyyətinə malikdir.