Koronavirus

Ödündə daş olub-olmadığını BU ÜSULLA yoxla

 21:55 13.02.2020     1906

Öd kisəsi ödün toplandığı kisə kimi orqandır, qaraciyərin altında yerləşir.

Öd kisəsinda yaranan daşkara kalkulyoz xolesistit deyilir. Bu gün ödündə daş olmayan insan azdır.

Daş əmələ gəlməsinin səbəbləri isə müxtəlifdir: irsi meyillik, öd axarının tutulması, ödün özünün tərkibinin pis olması, qidalanma, iltihab, oturaq həyat.

Öddə daş ciddi xəstəlikdir və sizdə daş olub-olmadığını bir neçə üsulla özünüz də təyin edə bilərsiz.

Redaktor.az həmin əlamətləri təqdim edir.

- Göbək ətrafı, üstü hissəyə güclü şəkildə basdıqda, bərk ağrı. Əvvəlcə göbəkdən 2 sm yuxarı, sonra 2 sm sağa tərəf

- Sağ qabırğaaltında acqarına və yedikdən sonra basdıqda ağrı.

- Səhərlər həmin hissədə ağrı, ürəkbulanma, yüngül qusma, qusmada sarı ödün olması

- Yağlı, qızardılmış, duzlu, istiotlu yeməklərdən sonra köp, həzmsizlik, ağırlıq, sanki ödün bu qidalara çatmaması hissi

- Sarılıq - göz içi, dibi və ovuclarınızın içi saralıbsa, 100% öd axarı tutulub və bu artıq ciddi siqnaldır.

- Öd kisəsi səhər tezdən, acqarına UZİ-də yoxlanmalıdır.