Duzun faydaları və zərərləri
İnsan öz çəkisinin hər kiloqramı üçün 1 qram düz istifadə etsə, bu onu öldürə bilər
Dünyanın ən qədim qida əlavəsi olan duz keçmişdə çox bahalı idi. Ondan pul kimi istifadə edirdilər. Süfrəyə isə duz bahalı qablarda verilirdi, o, bolluq və varlığın rəmzi sayılırdı. Hörmətli qonağı çörək və duzla qarşılamaq adəti isə bəzi xalqlarda hələ də qalıb.
Deyilənlərə görə, duz ilk dəfə mətbəxə türklər tərəfindən daxil edilib. Belə ki Türk xanın oğlu Tütək xan çöl düzündə ətdən hazırlanmış kabab yeyərkən əlindəki ət tikəsi yerə düşüb. Onu qaldırıb yedikdə tikənin dadının dəyişdiyini hiss edib. Ona məlum olub ki, bu duzdur və o zamandan etibarən duzdan mətbəxdə istifadə olunur.
Dəniz suyu və yerdən əldə olunan duzun əsas hissəsi sənaye məqsədləri üçün istifadə edilir. Məsələn, ABŞ-da istehsal olunan duzun yalnız 6%-i qida üçün istifadə olunur. Qışda yollarda sürüşmənin qarşısını almaq üçün isə 15% duz sərf olunur.
Duz dağılanda pis hadisə baş verir
Bəzi insanlar duz dağılarkən hər-hansı xoşagəlməz hadisənin baş verəcəyinə inanırlar. Bu xurafat Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” əsərindən yayılıb. Guya ki, duzu atmaqla siz onu şeytanın gözünə atırsız.
Duz sizi öldürə bilər
İnsan öz çəkisinin hər kiloqramı üçün 1 qram düz istifadə etsə, bu onu öldürəcək. Qədim Çində duzun qiyməti çox baha olduğundan, bu üsuldan yalnız varlı şəxslər istifadə edirdilər.












