Badımcanın faydaları və zərərləri

 15:58 19.02.2020     4855

Badımcan çoxillik tərəvəz bitkisidir. Badımcanın vətəni Hindistanın tropik rayonları hesab edilir. Burada badımcan yabanı halda bitir. Badımcan Aropa ölkələrində XIII-XV əsrlərdə birillik tərəvəz bitki kimi becərilməyə başlanılıb.

Redaktor.az bildirir ki, badımcanın təbii rəngi bənövşəyidir. Amma, son illərdə onun müxtəlif rəngli növləri yetişdirilib. İndi badımcanın ağ, sarı, qəhvəyi, hətta qara rəngi də olur.

Badımcan quru qida maddəsi kimi istifadə edilmir.

Kalori dəyəri

Badımcanın kalori dəyəri 24 kKal-dir və yağsız dietik qida maddəsi hesab edilir. Bişmiş duzsuz badımcanda 33 kKalori olur. Duza qoyulmuş badımcan 189 kKaloriyə malik olur. Bu səbəbdən də duza qoyulmuş badımcandan çox istifdə etmək piylənməyə səbəb ola bilir.

100 qram badımcanın qida dəyəri:

- Zülal - 1,2 qr

- Yağlar - 0,1 qr

- Karbohidratlar - 4.5 qr

- Su - 91 qr

- Kalori dəyəri - 24 kKal.

Badımcanın tərkibində şəkər, sülallar, yağlar, kalium, kalsium, natrium, maqnium, fosfor, brom, xlor, aliminium, dəmir, yod, molibden, ftor, kolbat, sink, müxtəlif mikroelementlər və B1, B2, B6, B9, C, P, PP, D vitaminləri var. Mütəxəssislər, dietoloqlar badımcanın orqanizm üçün faydalı olduğunu söyləyirlər. Belə ki, onun tərkibi liflərlə, pektin və digər dietik maddələrlə zəngindir.

Badımcana xüsusi tünd dad verən "solanin M" adlı maddədir. Bu maddənin həddindən çox olması orqanizm üçün zəhərlidir, amma, badımcanın tərkibində onun miqdarı çox az olur. Badımcanı duza qoyub saxladıqdan sonra əllə sıxaraq suyunu axıtdıqda bu zəhərli maddə xaric olur. Ən dadlı və ən faydalı badımcan göy-qara rəngli, parlaq qabığa malik, nazik və uzun, toxumu az olan badımcan hesab edilir.

Vumart və Güvən reklamı Vumart Güvən