Səhiyyə Nazirliyi: koronavirusla bağlı heç bir şübhəli hal yoxdur

 09:40 24.02.2020     2106

"Azərbaycanda hazırda koronavirusla bağlı vəziyyət stabildir. Heç bir şübhəli hal yoxdur".

Bunu Redaktor.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib.

Onun sözlərinə görə, ölkədə epidemioloji durum tam nəzarət altındadır: "Şayiələr yayılsa da, bununla bağlı rəsmi açıqlama verilib. Əgər belə bir hal baş verərsə, rəsmi orqan məlumat yayar. Amma indi heç bir şübhəli hal yoxdur".

Vumart və Güvən reklamı Vumart Güvən