Xərçəngdən qoruyan qıtıqotu kökü - Gündə 1 çay qaşığı için

 21:48 01.03.2020     1707

Qıtıqotu kökü (rus dilində "xren") güclü iltihab, mikrob və virus əleyhinə xüsusiyyətlərə malikdir.

Redaktor.az bildirir ki, son araşdırma onun digər faydalı xüsusiyyətini də aşkar edib.

ABŞ alimləri aşkar ediblər ki, qıtıqotu orqanizmdə sərbəst radikalllarla mübarizə aparır və bununla da insanı xərçəngdən qoruyur.  

Digər tərəfdən, qıtıqotu kökü qlikozinat maddələri ilə zəngin olduğundan qaraciyərin detoksikasiya funksiyasını gücləndirir ki, qaraciyər kanserogen (xərçəngə səbəb ola bilən) kimyəvi maddələri daha yaxşı zərərsizləşdirir. Həmçinin, qlikozinatlar xərçəng şişlərinin yayılması prosesini dayandırır.