Sizi xəstəliklərdən xilas edəcək - TANRILARIN QİDASI

 05:30 02.03.2020     1493

Qədim sivilizasiyalarda ona "Tanrıların qidası" deyirlər.

Redaktor.az xəbər verir ki, buğdanı qida üçün seçərkən təmiz və emal edilməmiş sünbül və buğda toxumu seçin.

Qədim əcdadlarımız buğdanı hələ çörək olmadan öncə belə yeyirdilər. Onu bir az suda qaynadıb, şişirdib, sonra sıxıb, əllərində yapışdırıb, forma verirdilər.

Buğdanı qəhvə kimi qaynadıb içmək də olar.

Bir kiçik qazançada 1 litr suda 2 xörək qaşığı buğdanı 10 dəqiqə qaynadıb süzün. Suyunu için, buğdanı isə ya şorbaya, ya salata qatıb yeyin. Ya da ayrıca suda gecədən səhərə kimi yumşaldıb, şişirdib, səhər sıyıq kimi yeyin.