Havalar isinəndə koronavirus məhv olacaq? - Professordan açıqlama

 22:36 03.03.2020     1678

Çindən bütün dünyaya yayılan yeni növ koronavirusa bu vaxta qədər 91 min insan yoluxub. Onlardan 3 mindən çoxu ölüb. 

Ağciyər xəstəlikləri üzrə türkiyəli ekspert, professor Dr. Muhammed Emin Akkoyunlu koronavirusun isti havalarda məhv olacağı ilə bağlı səslənən fikirlərə münasibət bildirib:

"İsti havada koronavirusun yoluxuculuq qabiliyyətinin zəifləyib-zəifləməyəcəyini dəqiq bilmirik, amma buna ümid edirik. Hazırda Avstraliyada havaların isti keçməsinə baxmayaraq virusun mövcudluğu ümidimizi azaldır. Amma yoluxma, əsasən, Çində və başqa soyuq ölkələrdə baş verir.

Koronavirus açıq havada, quru mühitfə 4-5 saat canlı qala bilər. Temperatur, günəş işığı və havadakı nəm bu müddətə ciddi şəkildə təsir edir.

"Qar mikrobları öldürür" və ya ABŞ prezidenti Donald Trampın sonuncu açıqlamasında dediyi "Havalar isinəndə koronavirus məhv olacaq" kimi sözlər məntiqsiz ifadələr deyil. Amma 100 faiz belə olacaq mənasına da gəlmir. Belə ki, hava şəraitinə görə virusların yoluxuculuq qabiliyyəti artır və ya azalır.

Bu teoremə görə qışda qrip olmamalıyıq. Amma əksinə, çoxları qışda xəstələnir. Bunun iki səbəbi var. Birincisi, havalar soyuq olsa da, bizim olduğumuz məkanlar, ev, maşın, iş yeri və sair ərazilərdə temperaturun dərəcəsi yuxarı olur. Bu səbəbdən də qrip olan şəxs asanlıqla ətrafındakıları bu virusa yoluxdura bilir. İkinci səbəb isə soyuq havanın insanın immun sisteminin zəiflətməsidir. Belə ki, immun sistemi zəifləyən şəxs viruslara qarşı müqavimətsiz hala gəlir".