Yatmazdan əvvəl dabanınıza yod çəkin - Səhər oyananda...
Yod damarları genişləndirən, qan dövranını yaxşılaşdıran, iltihab və mikrob əleyhinə təsirə malikdir.
Redaktor.az bildirir ki, yodun dabanlara tor şəklində çəkilməsi ayaqlarda şişkinliyi azaldır. Bunu yatmazdan əvvəl edin, sonra corab geyinib yatın.
Həmçinin, soyuqdəymə və zökəmin ilk simptomlarında da yatmazdan əvvəl dabanlara yod çəkmək yaxşı kömək edir.
Nəzərə almaq lazımdır ki, bəzi qalxanvari xəstəlikləri zamanı (tireotoksikoz, autoimmun tireoidit) bu vasitədən istifadə etmək olmaz.