Tez-tez pomidor yeyənlər MÜTLƏQ OXUSUN!

 01:59 12.03.2020     3207

İnsan orqanizminin sağlamlığı üçün damarların təmiz olması vacib şərtlərindən biridir.

Redaktor.az xəbər verir ki, xolesterinin yığılması damarların daralmasına səbəb olur. Bu da orqanizmdə qan dövranını pisləşdirir.

Nəticədə orqanizmin bütün orqan və sistemləri onlara lazım olan oksigeni və qidalı maddələri kifayət miqdarda almır ki, bu da müxtəlif pozulmaların inkişafına təkan verir.

Digər tərəfdən damarların divarında yığılmış xolesterin damarları daha zəif və kövrək edir. Bu isə çox təhlükəlidir. Zəif damar partlaya bilər. Bu isə insult və ya infarktın inkişafı deməkdir.

Alimlər sübut ediblər ki, pomidorların tez-tez qəbulu damarları daha sağlam, təmiz və elastik edir. Bu pomidorun tərkibində olan likopin maddəsinin təsiri ilə əlaqəlidir. Həmin maddə damarları çox yaxşı təmizləyir.