Koronavirusa ən çox bu qan qrupundan olanlar yoluxur

 16:18 17.03.2020     3151

Çinin məşhur tibb jurnallarından "BMJ"də koronavirusla bağlı yeni bir araşdırmanın nəticələri yayımlanıb.

Redaktor.az bildirir ki, araşdırmaçılar koronavirusun ən çox və ən az yoluxduğu qan qruplarını müəyyən etməyə çalışıblar. 

Bunun üçün koronavirusa yoluxmuş 18-45 yaş arası 2713 nəfər haqqında məlumatlar təhlil edilib.

Müəyyən edilib ki, koronavirusa ən çox - 37,75 % A (II) qan qrupundan olanlar yoluxur. Ən az yoluxanlar isə 25,80% olmaqla qan qrupu "O” (I) olanlardır.