Sarımsağı balla qarışdırıb, yeyin - çünki .

7 gün boyunca ac qarına sarımaq və bal yedikdə bədəndə nələr olur? Bu sualın cavabı sizi maraqlandırırsa, lent.az-ın məqaləsini mütləq oxuyun.
Demək olar ki, bütün dünya mətbəxində yer alan sarımaq ləzzətli olmaqla bərabər, bəzi yayılmış xəstəliklərin də müalicəsində faydalıdır. Əksərən bişirilmiş halda yeyilsə də, çiy halı əsl dərman təsiri bağışlayır.
Redaktor.az xəbər verir ki, sarımaq qan təzyiqi və xolesterol səviyyəsinin aşağı düşməsinə, kroner ürək xəstəliklərinin və infarktın qarşının alınmasına yardım edir.
Bu möcüzəvi tərəvəzin yaz allergiyası, ishal, soyuqdəymə, qrip, həşərat dişləmələri və göbələk infeksiyaları kimi gündəlik sağlıq problemlərinə də faydası var.
Müntəzəm olaraq sarımsaq yemək osteoartrit, şəkər, prostat böyüməsi simptomlarının yüngülləşməsinə yardımçı olur.
İmmunitet sistemini gücləndirir və bədəni toksinlərdən təmizləyir.
Zəncəfil və soğanla birgə istifadə edildiyində bədənin kimyaterapiya sonrası toksinlərdən təmizlənməsinə də yardım edir.
Sarımsağı necə istifadə etmək lazımdır?
Sarımsağın tərkibindəki aktiv maddə alicin istiliyə məruz qaldıqda təbiiliyini itirdiyindən, ən idealı çiy şəkildə yeməkdir. Ən yaxşı nəticə üçün sarımsağı əzib doğrayın və yemədən əvvəl 15 dəqiqə gözləyin.
Bal ilə qarışdıraraq da yeyə bilərsiniz. Bunun üçün:
2-3 diş sarımsağı xırda-xırda doğrayıb 1 qaşıq balla qarışdırın. Bu qarışımı hər gün yeyin. Bir həftə içində enerjinizin yüksəldiyini, sağlamlığınızın yaxşılaşdığını görəcəksiniz.