Meditasiya nədir və necə edilir?

 02:20 21.03.2020     13961

Meditasiya latınca "meditatio" sözündən götürülmüş, Avropa dillərində "dərin düşünmə" mənasına gələn bir termin olub, insanın daxili rahatlığı ,sükunət, fərqli şüur halları əldə etməsinə və öz varlığına çatmasına kömək edən zehni idarəetmə texnikalarına verilən ad olaraq bilinir.Müasir günümüzdə mövcud olan fərqli inanclar,məzhəblər meditasiyanı fərqli izah edirlər və fərqli şəkildə həyata keçirirlər.Buna görə də standart və ya tək formalı meditasiyadan danışmaq qeyri-mümkündür.
Meditasiya bir çox fərqli mədəniyyətlərdə və dində həyata keçirilən mənəvi təmizlənmə texnikasıdır.Şərq mədəniyyətində meditasiya qədim və zehin açıcı bir texnika olaraq qəbul edilir.

Meditasiya texnikaları başlıca olaraq iki böyük qrupa ayrılır:
1.Sakit oturma texnikasıyla həyata keçirilən sadəcə zehni meditasiya texnikası
2.Səsli danışıqlar və musiqi müşayəti ilə diqqəti cəmləşdirməyi təmin edən bədən hərəkətlərilə edilən aktiv meditasiya texnikası.

Meditasiyanın faydaları...
1.Ürək döyüntülərini azaldır
2.Arterial təzyiqi aşağı salır
3.Ətraflarda qan dövranını sürətləndirir
4.Baş ağrılarını aradan qaldırır
5.Yuxunu yaxşılaşdırır
6.Spirtli içkilər və siqaretin istifadəsi aşağı düşür
7.Diabet xəstələrində şəkər normallaşır
8.Stressə qarşı müqavimət artır və s.

Meditasiya ilə kimlər məşğul ola bilər?

Sənətindən, işindən-gücündən, vaxtının olub-olmamasından ,yaşlı və ya cavan olmasından , statusundan aslı olmayaraq meditasiya ilə hər kəs məşğul ola bilər.Lakin siz əvvəlcə hansı din və fəlsəfi baxışda olduğunuzu və daha sonra dünyagörüşünüzə uyğun bir meditasiyanı seçməlisiniz.

Meditasiyaya sadə başalnma üsulu hansılardır?
Ümumiyyətlə meditasiya ilə məşğul olmağa qərar vermisinizsə ilk olaraq özünüzü rahat və sakit hiss edəcəyiniz bir məkan hazırlamalısınız.

 Meditasiya ilə məşğul olmağın ən sadə yolu Dza-Dzendir.Bu çox sadədir.Bardaş qurun və ya stulda, yaxud diz üstə oturun.Diqqətinizi nəfəs alıb-verməyə cəmləşdirin.Əsas odur ki, diqqətin ,fikrin tənəffüsdə olsun.Gündə heç olmasa 10-15 dəqiqə bu şəkildə meditasiya edirsiniz.

Meditasiya edərkən yaxşı olar ki onu musiqi müşayəti ilə edəsiniz.Beləliklə təsirini daha da gücləndirmiş olmaqla yanaşı ,eyni zamanda çox gözəl psixoloji rahatlıq da əldə etmiş olarsınız. 

Bu videonu isə xüsusi olaraq seçmişəm.Elə indi şərh yazmadan öncə orada yazılanları dinləyərək əməl edin və nəticəni bildirin.Dəyişikliyi hiss edəcəksiniz...