Həddindən artıq su içmək bu xəstəlikləri yaradır - Həkim rəyi

 04:29 24.03.2020     878

Rusiyalı mütəxəssis həddindən artıq su istehlakının təhlükəsi barədə danışıb.

Redaktor.az xəbər verir ki, tibb elmləri doktoru Alla Poqojeva bildirib ki, hədsiz maye qəbulu zülal parçalanmasını artırır:

"Bundan əlavə, bədəndəki mikroorqanizmlər və vitaminləri kənarlaşdıraraq sidik sisteminin yüklənməsinə səbəb ola bilər. Orqanizm yeyilən qidalardan 1 litr, sup və içkilərdən isə 1-1,5 litr su qəbul edir. Susuzluğu yatırmaq üçün içkinin dadı da xüsusi rol oynayır. Meyvə şirələri və yaşıl çay bu baxımdan seçilir. Onların qəbulu, içmək istəyini azaldır".