Koronavirusun 15 əsas əlaməti - Həkim rəyi

 11:42 28.03.2020     1207

Alimlər qeyd edir ki, çox mürəkkəb mutasiyaya uğramış koronavirus yayıldıqca sanki davranışını da dəyişir və daha çox gizli simptomlara keçir ki, insan bunu gec aşkarlasın.
 
Redaktor.az Çin, ABŞ, Avropada xəstələri müalicə edən həkimlərin verdiyi rəylərə əsasən, təsdiqlənmiş 12 əsas simptomu təqdim edir.
 
Hazırda gənc insanlar arasında koronavirusun ilk simptomlarından biri qəribə də olsa burnun tutulub, qoxu bilmənin və dad bilmənin itməsidir. Yəni insan qoxuları hiss edir, dad reseptorları işləmir.
  
1. Qoxu və dadbilmə hissiyatının azalması və tam itməsi

2. Burun selikli qişasının ya quruması, ya da zökəmi, yəni su axması, qıcıqlanması

3. Böğaz quruması, qıcıqlanması
 
4. Öskürək - əvvəlcə yuxarı tənəffüs yollarından qıcıqlanma ilə başlayıb bronxlara doğru enir

5. Ağciyərlərdə sıxılma, döş qəfəsində basqı, ağırlıq

6. Bədəndə süstlük, qripdəki kimi döyülmüş kimi hiss, əzələlərin ağrıması

7. Halsızlıq, kefsizlik, iştahsızlıq

8. Qarında, mədə hissədə ağrı, sancı, diareya, ishal

9. Ürəkbulanma, qusma

10. Titrətmə, üşütmə

11. Quru öskürək, ciyərlərdə küy

12. Qızdırma, 38-dən yuxarı və dərmanla salmaq olmur

13. Baş ağrısı

14. Gözlərin qıcıqlanması, yanması

15. Boğulma, nəfəs ala bilməmək, halsızlıq
 
 Bu əlamətlər birdən-birə yox, yoluxmadan təxminən 5-7 gün sonra tədricən başlayır.

Yaşından və immunitetindən asılı olaraq gənc və yaşlılarda dəyişə bilər. Ya əlamətlər yüngül və tədricən olur, ya da qəfildən ağırlaşır.
 
Uşaqlarda da koronavirus bu əlamətlərlə keçir
 
Əgər əlamətlərdən 3-5-ni eyni vaxtda hiss edib, xüsusən 1, 2,3,4-cü bənddəkilər başlayıbsa, o zaman özünüzü evdə bir otağa təcrid edərək, 103-ə "koronavirusdan şübhələnirəm" deyə çağırış edin. Sakitləşdirici də içə bilərsiz. Həkim gələnə kimi qızdırmanı salmayın, çünki bu, əlamətləri gizlədə bilər.