Öskürəyi sağaldan ən sadə TƏBİİ VASİTƏ

 08:08 02.04.2020     1439

Soyuq fəsillərdə nəfəs yolları iltihablarına tez-tez təsadüf edilir. Öskürəyin, bronxitin müalicəsi zamanı bəlğımgətirici vasitələrdən istifadə olunur.

Redaktor.az bildirir ki, bu vasitələr nəfəs yollarını selikdən və mikroblardan təmizləyir. Apteklərdə çoxlu sayda sintetik bəlğəmgətirici vasitələr satılır. Onları yalnız həkimin təyini ilə istifadə etmək olar.

Xalq təbabəti də çox effektli bəlğəmgətirici vasitələri təqdim edir. Bu vasitələrdən biri mixəkli süddür.

Mixək çox güclü iltihab, virus və mikrobəleyhinə təsirə malikdir. Mixekli süd öskürək, bronxit, boğaz iltihabı zamanı əvəzedilməz vasitədir.

Mixəkli süd hazırlamaq üçün 3 mixək həvəngdəstədə yaxşı əzilir, üzərinə 1 stəkan isti (qaynar yox!) süd əlavə olunur, 20 dəqiqədən sonra süd süzülür və ilıq halda içilir.