Saç tökülməsinin qarşısını necə almaq olar?

 05:09 02.04.2020     791

Normalda insanın başından gündə 100-ə yaxın saç tökülür. Saçınızın nə dərəcədə tökülməsini müəyyən etmək istəyirsinizsə, bu təcrübəni həyata keçirin.

Belə ki, barmaqlarınıza bir çəngə saç götürüb yüngülcə dartın. Əlinizdə qalan tük 2-dən azdırsa, o zaman qorxuya ehtiyac yoxdur. Yox, çox tük çıxarsa, o zaman saç tökülməsinin qarşısını almaq lazımdır.

Saçı möhkəmləndirməyin ilk variantı: aptekdən maye B vitamin qruplarını alın. Hər səfər başınızı yuyarkən bu yağ məhlullarından bir ovuc götürüb şampunla qarışdırın. Başınızı adi qaydada yuyun.

İkinci variant: çiy yumurtanı yarım stəkan qatıq və 1 xörək qaşığı kakao ilə qarışdırın. Alınmış məhlulu saçın kökləri və uzunluğu boyunca çəkin. Sonra başınızı polietilen, yaylıq və ya isti dəsmalla örtün. Maska başınıza 1 saatdan az qalmamalıdır. Saçlarınızı ilıq su ilə yuyun (başınızdakı yumurta isti sudan laxtalana bilər).

Bir ay müddətində başınızı hər yumazdan öncə bu maskanı çəkin. Bundan sonra saçlarınız tökülməyəcək.

Bundan əlavə, saç diblərinə ayıpəncəsi və qırmızı bibər yağı da sürtə bilərsiniz. Bu qatqı baş dərisini qıcıqlandırsa da, 5-10 dəqiqə dözmək lazımdır. Bu maska saç tökülməsini dayandırmaqla yanaşı, saçların uzanmasını tezləşdirir.