Qadın sonsuzluğunun dərmanı olan müqəddəs bitki – RESEPT

 05:28 03.04.2020     1257

Qədim yunan təbibləri Hippokrat və Dioskirid bu otu müqəddət bitki elan edərək, qadın sonsuzluğunun çarəsi bilirdilər.
Adının mənası qədim yunan dilindən "günəş və sağlamlıq" deməkdir.

Bizim "Şalfey" kimi tanıdığımız" Sürvə" çoxunuzun istifadə etdiyi bitkidir və apteklərdə də satılır.

Redaktor.az bildirir ki, məhz "Sürvə" qadınların sağlam hamiləliyi üçün vacib olan fitohormonlar anbarıdır və 
35 yaşından sonra qadınlar müntəzəm olaraq "Sürvə" dəmləməsi içsələr hormonal cavanlaşma gedər.

Hamilə qala bilməyən qadınlar da "Sürvə" dəmləməsi içməlidir. Qədim təbiblər deyir ki, sürvə uşaqlığın sovuruculuq və spermanı tutub saxlamaq refleksini artırır, qadında cinsi həvəssizliyi aradan qaldırır.

Resept:

1 çay qaşığı sürvəni 1 stəkan qaynar suda dəmləyin. 1 saatdan sonra süzün. Bu suyu 3 hissəyə bölün. Bir hissəni acqarına səhər, bir hissəni günorta, bir hissəni axşam içirsiz. Dəmləməni çay qaşığı ilə az-az içmək lazımdır.

Müalicə  menstruasiya bitdikdən sonra başlanılır və 12 gün davam edilməlidir. Növbəti ayda yenə menstruasiya bitən kimi içirsiz

3 ay içilməlidir.