Azərbaycana Rusiyadan COVİD-19 üçün test gətirildi

 14:17 03.04.2020     1155

Rusiya Federal İstehlakçı Hüquqları və İnsan Rifahı Qoruma Xidməti COVİD-19 ilə bağlı 5 min müayinə keçirmək üçün daha 50 dəst test sistemini Azərbaycan Səhiyyə Nazirliyinə təqdim edib.

Redaktor.az Rusiya səfirliyinə istinadən xəbər verir ki, bununla da adıçəkilən ölkədən ayın əvvəlindən etibarən təmənnasız olaraq gətirilən test dəstlərinin sayı 120 ədədə çatdırıldı. Həmin ləvazimatla bütövlükdə 12 min nəfərin müayinəsini həyata keçirmək mümkündür.

Bundan əvvəl Rusiya tərəfindən Azərbaycana 70 ədəd bu cür test dəstinin verildiyi bildirilmişdi. //Report.az