TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı

 22:16 05.04.2020     2167

TƏBİB Azərbaycanda koronavirusla bağlı aprelin 5-nə olan statistik göstəriciləri açıqlayıb.

Redaktor.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 3 080 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 44 753 test aparılıb.