COVID-19 ilə yoluxduqdan sonra orqanizmdəki dəyişikliklər

 02:26 07.04.2020     1273

Həkim-patoloqanotomlar koronavirusa yoluxmuş bir xəstənin bədənindəki əsas dəyişikliklər haqqında danışıb.

- Əvvəla, bu vəziyyətdə virus ağciyərləri məhv edir və vəziyyət şiddətli qrip formasına bənzəyir.

- Virus qanın oksigenləşməsinə cavabdeh olan alveolları zədələyir.

- Eyni zamanda beyin oksigen çatışmazlığından əziyyət çəkir.

- Bu səbəbdən insanın huşunu itirməsi, tənəffüs çatışmazlığı artmaqda davam edir.

- Həkim-patoloqanatomlar qeyd edirlər ki, koronavirusdan ölən xəstələrdə ağciyərlər çox sıx, tünd qırmızı rəngdə olur.

- Onlarda normal qaz mübadiləsinə mane olan arakəsmələr meydana gəlir.

Mütəxəssislər belə xəstələrin ölümünün əsas səbəbinin virusu sürətləndirən ağırlaşmalar və xroniki xəstəliklər olduğunu da təsdiqləyiblər.

Eyni zamanda, virus yalnız xəstəliyin ağır vəziyyətlərində ağciyərlərə təsir göstərir.