Bu qidaları əsla yumayın - Zəhərlənə bilərsiniz / SİYAHI

 14:12 07.04.2020     1353

Hər kəsin qida ilə bağlı ümumi rəy verdiyi məqamlardan biri də yeməyə başlamazdan əvvəl ərzaqların yaxşı yuyulmasıdır. Bəs bu proses bütün qidalar üçün zəruridir?

Redaktor.az bu yazıda yumalı olmadığınız qidaların siyahısını hazırlamışıq. 

Yumurta:  Əksər insanlar yumurtanı yeməkdən əvvəl yumağın daha faydalı olduğunu düşünür. Bakteriyalardan qorunmaq üçün yumurtalara xüsusi maddə çəkilir, yuyarkən həmin maddə yox olur.

Toyuq: Toyuq ən tez qida zəhərlənməsinə səbəb olan qidadır. İstifadə edərkən çox diqqətli olmalıyıq. Çünki, toyuqdakı bəzi bakteriyalar sağlamlığımıza zərər verə bilər. Qida zəhərlənməsinə səbəb olan salmonella bakteriyası toyuqu yuyarkən əllərinizə keçir. Ona görə də, toyuğu yumamaq, mümkün qədər tez bişirmək lazımdır. 

Qırmızı ət: Toyuq kimi, qırmızı ət də yuyulmamalıdır. Bakteriyalar zəhərlənmə yarada bilər.

Makaron: Onu yumaq içindəki nişastanı dağıtmaq deməkdir. Bu, makaron sousunun daha az udulmasına səbəb olur. Yumaq istəyirsinizsə, bunu bişirdikdən sonra etməlisiniz.

Göbələk: Suyu daha çox içinə çəkdiyi üçün göbələyi yumaq lazım deyil. Yuyulduqda elastikliyini itirir.