Bağırsaq xərçəngi yaradan bakteriyalar aşkar edildi

 02:20 13.04.2020     1744

Miçiqanın Roqel Universitetinin Onkoloji Mərkəzinin tədqiqatçıları (ABŞ) bağırsaq mikrobiomunda pozuntular və xərçəngin yaranması arasında əlaqəni öyrəniblər.

Redaktor.az bildirir ki, mütəxəssislərin sözlərinə əsasən, təcrübə zamanı aydın olub ki, bağırsaqdakı bəzi bakteriya növləri müəyyən CD8 immun hüceyrələrini aktiv surətdə stimullaşdıra bilər.

Belə təsir orqanizmi xəstəliklərdən qorumaq üçün nəzərdə tutulan T-hüceyrələrinin zəifləməsinə gətirib çıxarır. Nəticədə orqanizm onkoloji xəstəliklərə daha həssas olur. Bu nəzəriyyə siçanlar üzərində eksperimental olaraq sübut edilib.

Tədqiqat zamanı həm xərçəng şişinin inkişafına təkan verə, həm də onun yaranmasının qarşısını ala bilən doqquz müxtəlif bakteriya populyasiyası aşkar edilib.

Vumart və Güvən reklamı Vumart Güvən